Ca. Sen 19th, 2019

Milyonçu Nazarbayevə Türk Dünyası Muzeyi tikməyi söz verdi – FOTOLAR

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə fəaliyyət göstərən böyük şirkətlərin sahiblərinə göstəriş verib.
Turkustan.info xəbər verir ki, o, iş adamlarının hər birinə yeni təsis etdiyi Türküstan vilayətində böyük bir obyekt tikməyi tövsiyə edib.  
Ölkə başçısı qeyd edib ki, iş adamlarının və sahibkarların  sərbəst və şəffaf fəaliyyət göstərməsi üçün Qazaxıstan dövləti onlara hər cür münbit şərait yaradıb və dəstək verir. Ölkənin inkişafı üçün də iş adamlarının borcu onu tikib, abadlaşdırmaqdır.
Dövlət başçısının bu təklifindən sonra, “Bazis-A” inşaat-tikinti şirkətinin  rəhbəri Aleksandr Beloviç teatr binasını tikməyi öhdəsinə götürüb. 
ENRC şirkətlər qrupunun rəhbəri, məşhur milyarder Patox Şodiyev Türküstanda türk xalqlarının muzeyini tikməyi vəd edib. “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Sauat Mınbayev isə beynəlxalq normalara uyğun stadion tikəcəyini deyib.
“BI Group” holdinqinin rəhbəri Qazax xanlarının və bəylərinin, bahadurlarının Mərkəzini,  “Hayvill Qazaxıstan” isə yaşayış massivi  tikməyi planlaşdırır. 
“Qazaxıstan Dəmir Yolu” şirkəti Gənclər evi, “KEGOC” SC isə Hoca Əhməd Yəssəvi Muzeyi inşa edəcək , “Kazpoçta” SC ən yüksək texnologiyalarla təmin olunmuş poçt sistemini, “Kazaxtelekom” SC isə  Smart texnologiyalı  sitemi quracağına söz verib. Digər iş adamları avtosalon,  su idman sarayı tikəcək. Türküstan şəhərinin inkişafına və qurulmasına Türkiyə  şirkətləri və iş adamları da çox həvəslə qoşulublar. 
İclası idarə edən dövlət başçısı Nursultan Nazarbayev hər bir şirkət sahibinin adını və görəcəyi işi qələmlə öz dəftərçəsinə qeyd edib.

Paylaş: