C. Sen 20th, 2019

Şok etiraf: Putini hakimiyyətə ingilis kəşfiyyatı gətirib – Video

Britaniya kəşfiyyatı Mi-6-nın keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Vladimir Putini hakimiyyətə gətirməyə yardım etdiyini etiraf edib.

Turkustan.info xəbər verir ki, o, bu etirafını “Tayms”a açıqlamasında söyləyib. Dirlavın sözlərinə görə, o, Rusiya prezidentinə 2000-ci illərin əvvəllərində yardım edib. O, həmin dövrdə hələlik prezident olmayan Putinlə Baş nazir Toni Blerin görüşünü təşkil etdiyini açıqlayıb:

“Seçkidən öncə Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkvəzifəli zabiti mənə müraciət edərək, Toni Blerin Sergey Prokofyevin “Müharibə və Sülh” operasının premyerasına gəlməyini təklif etdi. Bu premyerada Vladimir Putin də iştirak etməli idi. Biz buna razılıq verdik”.

Dirlav müsahibəsi zamanı o zaman Putin barədə yaxşı reputasiya yaratdığına görə çox təəssüfləndiyini bildirib.

/Axar.az/

Paylaş: