C. Sen 20th, 2019

Şuranın dəstəyilə QHT rəhbərinin Qarabağ problemiylə bağlı məqaləsi Türkiyədə nəşr olunub

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər haqqında əcnəbilər üçün təlimlərin keçirilməsi, xarici mediada müxtəlif elmi məqalələrin nəşri” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr hazırlanaraq Türkiyə və Gürcüstan mediasında yayımlanır.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının müəllifi olduğu məqalə Türkiyədəki nüfuzlu “MedyaAnalitik” saytında nəşr edilib. 
Araz Aslanlının müəllifi olduğu “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin ağır nəticələri” adlı məqalədə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüş barədə məlumat verilmiş, danışıqlar prosesinin nəticəsiz qalmasının əsas məsuliyyətinin Ermənistanın üzərində olduğu qeyd edilmişdir.
Müəllif məqalədə Ermənistanın işğalçılıq siyasətinin yaratdığı ağır nəticələrə toxunmuşdur. Məqalədə qeyd edilmişdir ki, Ermənistanın işğalçılıq siyasəti 20 min insanın insanın həyatını itirməsinə, 50 min insanın yaralanmasına, azyaşlılar da daxil olmaqla 5 mindən çox insanın Ermənistana girov saxlanılmasına səbəb olmuşdur. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində minlərlə məktəb, kitabxana, muzey dağıdılmış, məzarlıqlar, ibadətgahlar darmadağın və bəzi hallarda təhqir edilmişdir.
Müəllif qeyd etmişdir ki, münaqişənin bu şəkildə həlsiz qalması mümkün deyildir. Ermənistan beynəlxalq hüquqa uyğun davranmasının və Azərbaycanın ərazi bütövlüyünün  təmin edilməsi vacibdir. Bununla bağlı olaraq beynəlxalq vasitəçilərin də öz məsuliyyətlərinə və səlahiyyətlərinə uyğun davranması zəruridir. 

Paylaş: