Şb. Noy 16th, 2019

Ermənistanda siyasi vəziyyət gərginləşdi – Prezident 6 naziri istefaya göndərdi

Ermənistanda siyasi vəziyyət gərginləşib. Turkustan.info xəbər verir ki, dünən prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib.

Bunlar “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarından olan nazirlərdir.

Prezidentin fərmanı ilə istefaya göndərilənlər iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xaçatryanr (hər ikisi “Daşnaksütun” partiyası), fövqəladə hallar naziri Qraçya Rostomyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryandır (hamısı “Çiçəklənən Ermənistan” partiyasından).

Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin istefaya göndərilməsindən öncə bildirmişdi ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra o, özü də istefa verəcək.

Ancaq öz səlahiyyətlərini qoruyub saxlayacaq və istefadan sonra da baş nazir kimi öz vəzifəsini yerinə yetirəcək. Və növbədənkənar parlament seçkiləri keçirilməyənədək Ermənistan parlamentinə yeni baş nazir seçməyə imkan tanımayacaq…

Baş nazir in sözlərinə görə, Ermənistanda dekabrın əvvəli növbədənkənar parlament seçkiləri  keçirilməlidir, əlbəttə, xalqın tələbi ilə…

Daha sonra Paşinyan Ermənistan Milli Məclisinin deputatları ilə bağlı qapı arxasında danışıqlar aparıb. 

Baş naziri Nikol Paşinyan ötən gecə Ermənistan parlamentinin deputatları ilə bir neçə saatlıq danışıqlarından sonra açıqlama verib. 


Bildirib ki, parlament qüvvələri o, istefa verəcəyi halda hökumət başçısı postuna namizəd irəli sürməyəcəklər.

Onun sözlərinə görə, Respublika partiyasının fraksiyasından olan, “Daşnaksütyun” partiyası və “Tsarukyan” blokunu təmsil edən deputatlar bildiriblər ki, xalqın tələbinə hörmət edirlər və ona görə də baş nazir postuna namizəd irəli sürmək niyyətində deyillər. 

Parlamentin həyətinə toplaşanların qarşısında çıxış edərək, Paşinyan deputatlarla danışıqların detallarını təqdim edib. 

“Biz qeyd etdik ki, daxili siyasi böhranı aradan qaldırmaq lazımdır. Mən öz variantımı bildirdim, dedim ki, yaxın günlərdə baş nazir postundan istefa verəcəyəm və inanıram ki, Respublika partiyası və parlament insanları qıcıqlandırmayacaq”, – o baş nazir qeyd edib. Paşinyan  əlavə edib ki, əgər Respublika partiyasının fraksiyasından, “Daşnaksütyun” partiyasından və “Tsarukyan” blokundan olan deputatlar namizəd irəli sürmək qərarı alsalar, onda bu, mənfi reaksiya doğuracaq.

Paşinyan bəyan edib ki, dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edir. Və bu haqda deputatlara da bildirib.

“Konstitusiya bunu tələb edir – əgər parlament 14 gün ərzində iki dəfə baş naziri seçə bilmirsə, bundan sonra o buraxılmalı və növbədənkənar seçkilər təyin edilib keçirilməlidir. Bu gün biz gördük ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi – vətəndaş, ümumxalq tələbidir”.

Xatırladaq ki, oktyabrın 2-də parlamentin növbədənkənar iclas zamanı “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

“Çıxış Yolu” fraksiyasından olan deputatlar baş nazirin çağırışına uyğun olaraq iclası boykot ediblər. Qanun layihəsinin lehinə Ermənistan Respublika partiyasının nümayəndələri, həmçinin “Daşnaksütyu” və  “Tsarukyan” blokunun deputatları səs veriblər.

Baş nazir Paşinyan bildirib ki, qanun layihəsinin qəbulu “əksinqilabın rəsmi başlanğıcı” deməkdir və o,  hadisədən dərhal sonra vətəndaşları parlament binasının ətrafına çağırıb. Baqramyan prospektində  keçirilən mitinq zamanı Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarından olan nazirlərin vəzifələrindən azad edilməsi barədə sərəncam imzalayıb.

Ötən gecə Ermənistanda baş verənlər Qarabağ klanının revanş cəhdi idi. Baş tutmadı…

Ancaq bu olay bir daha sübut etdi ki, Qarabağ klanı təslim olmaq fikrində deyil və müqavimət göstərir. O da məlum oldu ki, eks-prezident Serj Sarkisyana bağlı nazirlər Nikol Pashinyanın işini sabotaj etməklə məşğul imişlər. Buna baxmayaraq, baş nazir onları istefaya göndərə bildi…  /Modern.az/

Paylaş: