NATO-nun “məhv edərik” hədəsinə Rusiyadan cavab

NATO nümayəndələri özlərinin aqressiv ritorikalarının məsuliyyətini anlamırlar.

Turkustan.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beylinin Rusiya ilə bağlı səsləndirdiyi təhdidə cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Belə bir təəssürat var ki, bu tip bəyanatları verən insanlar öz aqressiv ritorikalarının məsuliyyətini anlamırlar. Kim bu xanıma bu cür bəyanatlar verməyə səlahiyyət verib? Amerika xalqımı? Hər şeyi qırıb, dağıtmaq çox asandır, amma bərpa etmək çətindir. Amerika diplomatiyası öz səhvlərinin nəticələrini bərpa etmək üçün çox şey etməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Key Beyli Rusiyanın qadağan edilmiş nüvə başlıqları daşıya bilən raketlər sistemini modernləşdirməyi dayandırması gərəkdiyini söyləyib. O bildirib ki, Moskva bu yöndə fəaliyyətinə son verməzsə, ABŞ bu sistemləri məhv edəcək.  /Axar.az/

Paylaş:

Share