31 Oktyabr 2020 08:46

Dağlıq Qarabağ münaqişəsini yaradan səbəblər

1988-ci ildə Sovet İmperiyanı yaşatmaq üçün, SSRİ ideoloqları tərəfindən düşünülmüş şəkildə yaradılan Dağlıq Qarabağ problemi, Kreml rəhbərləri tərəfindən ssenariləşdirilərək həyata keçirildi.   Qarabağda ruslar tərəfindən imperiyanın saxlanması üçün yaradılan bu etnik münaqişə, nəinki SSRİ-nin dağılma prosesinin qarşısını ala bilmədi, hətta dağılma prosesini daha da sürətləndirdi.  Ermənistan Respublikasından vasitə kimi istifadə edən Rusiya, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi üçün ciddi hərbi və maliyyə yardımı  etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bu problem beynəlxalq ictimaiyyətin ciddi reakssiyasına səbəb olmadı. Çünki, bu münaqişə  SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri olduğuna görə, onun aradan qaldırılması Sovet İmperiyasının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi.  Bu səbəbdən Beynəlxalq ictimaiyyət, bu problemin həll edilməsinə ciddi reaksiya vermədi. 

Sovet İmperiyasının dağılması prosesesibdən istifadə edən Ermənistan, məskunlaşdığı əraziləri genişləndirmək üçün, Azərbaycana qarşı illər boyu daxilində gizlətdiyi ərazi iddialarını açıq şəkildə büruzə verdi. Ermənilərin  bu istəyinə Rusiya açıq şəkildə dəstək verdi.  Ermənistanın Azərbaycana qarşı  bu təcavüzkar siyasəti Ermənistanın daxilində etnik münaqişələri daha da alovlandırdı. Beləki, 1988 – ci ildən  Ermənistan ərazisində yaşayan azərbaycanlılara və müsəlman kürdlərinə qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar və qısa zaman ərzində 280 mindən çox azərbaycanlını və kürd öz dədə-baba torpaqlarından qovdular. 

1988-ci ilin 1dekabrında Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bundan az sonra isə Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağı Ermənistanın ərazisi elan etdi. Bununla da Ermənistan, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan Respublikasının Azərbaycanın ərazi  bütövlüyünə qarşı iddialarını dövlət səviyyəsində rəsmləşdirdi.  Ermənistan hökuumətinin bu qərarı, Ermənistanla Azərbaycan arasıbda sonu məlum olmayan silahlı münaqişəyə  səbəb oldu.

1992-ci ildə Ermənistanın və Rusiyanın hərbi birləşmələri, Azərbaycan ərazilərində Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Rusiya və Ermənistan birliyinin bu hərbi təcavüzü nəticəsində 1992/93-cü illər ərzində, 20 min nəfər azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu, 4499 nəfər itkin düşdü, bir milyon 200 min 450 nəfər Azərbaycan vətəndaşı öz ölkələrində qaçqına, məcburi köçkünə çevrildilər.

Bu münaqişə nəticəsində Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xocalı şəhərində xüsusi qəddarlıqla törədilmiş faciədir. Xocalı faciəsi Xatın və Lidise soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Belə ki, 1992-ci il fevralm 25-dən 26-a keçən gecə SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alaymın şəxsi heyətinin və texnikasınm bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Xocalınm işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanlarm başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadmlarm qannları süngü ilə deşik-deşik edilmişdir. Qanlı aksiya zamanı 1275 insan əsir götürülmüş, 150 insan itkin düşmüş, 487 insan şikəst olmuşdur. Onlardan 76-sı həddi-buluğa çatmamışlardır. Kütləvi qırğınlar zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir, 56 insan işgəncələr verilərək öldürülmüşdür. Xocalı şəhəri tamamilə məhv edildi.

Müharibə Azərbaycanın iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı sosial obyektləri ilə yanaşı  onun mədəni dəyərlərinin də mövcudluğuna ciddi ziyan vurdu. Burada söhbət Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı, müharibə qurbanlarına çevrilən  5 milyondan çox  mədəni irsin faciəli taleyindən gedir.

Beləki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1510 Mədəniyyət müəsisəsi; O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evi tamamilə dağıdılaraq məhv edildi.

«Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarına zidd olaraq, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri və s. Bu abidələrin bir qismini düşünülmüş şəkildə dağıdılaraq məhv etdilər, digər bir qismini isə (xüsusən xristianlıq dövrü abidələri) təmir edtmək bəhanəsi ilə mənimsənildi. Beləki faktiki olaraq bərpa etmək bəhanəsi ilə Qafqaz Albaniyası dövrü xristian abidələrinin tarixlərini dəyişdirməklə onların ermənilərə məxsusluğu barədə uydurma təbliğat aprmağa başladılar.

Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən ermənilər, 23 muzey, 4 Dövlət Rəsm Qalareyasını dağıdaraq oradan, 102 757 muzey eksponatları, 376 rəsm əsəri; Bundan başqa 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarının bir qismi ermənilər tərəfindən məhv edildi, digər bir qismi isə qənimət kimi ələ keçirilərək Ermənistan Respublikasına oradan da 3-cü ölkələrə daşıdılar.

Bu əməli ilə Ermənistan Respublikası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda  təsbit edilən müddəalarını pozmuşdur.   /modern.az/

 Faiq İsmayılov

 AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri