Putin Həbibə zəng edib

Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanması münasibətilə təbrik edib.
Turkustan.info xəbər verir ki, bu barədə Nurməhəmmədov döyüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, bu gün “UFC 229” kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Dağıstanlı idmançı 4-cü raundda hakimlərin yekdil qərarı ilə Makqreqor üzərində qələbə qazanıb.  /AzVision.az/

Paylaş:

Share