Ca. Noy 14th, 2019

Azərbaycanlı girovların məsələsi AŞPA-da qaldırıla bilər

Xəbər verdiyimiz kimi, bu gün Strasburqda AŞ PA-nın payız sessiyası başlayır. Oktyabrın 8-də başlayacaq sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat iştirak edir. Sessiyada Azərbaycanla bağlı birbaşa olmasa da, ölkəmizin ağrılı məsələləri gündəliyə çıxarıla bilər. 

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli bildirdi. Onun sözlərinə görə, Azərbaycan üçün vacib olan, ümummilli xarakter daşıyan bütün problemlər beyəlxalq təşkilatlardakı nümayəndə heyətimizin daim diqqətindədir: 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusi müzakirəsi nəzərdə tutulmayıb. Amma Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, həmçinin Ermənistanda əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı məsələləri müzakirəyə çıxara bilər. Ermənistanda əsirlikdə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının lokal şəkildə pozulması faktı Azərbaycan üçün ümummilli məsələdir. Ona görə də, Azərbaycan tərəfi hər zaman, həm Dağlıq Qarabağ münaqişəsi, həmçinin də D.Əsgərov və Ş. Quliyevlə bağlı məsələləri daim gündəmdə saxlayır. Bu dəfə də, istisna deyil ki, bu məsələlər gündəmə gətirilsin”.

 

Paylaş: