Bz. Noy 17th, 2019

Bakıda supermarketdə qəribə olay: səbətin içindən 1300 manat…

Bakıda supermarketdə müştərinin pulları və sənədləri oğurlanıb.

Turkustan.info xəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən Vəliyev Orxan Əli oğlu bildirib ki, Babək prospekti 10 ünvanındakı supermarketdə olarkən naməlum şəxs onun səbətindən oğurluq edib.

Şikayətçinin sözlərinə görə, səbətin içinə qoyduğu kisədən 1300 manat, xarici pasport, şəxsiyyət vəsiqəsi və evin açarları qəfil yoxa çıxıb.

Müraciət əssında araşdırma aparılır.  /Publika.az/

Paylaş: