07 İyul 2020 22:33

Bu binalar Bakıda problemlər yaradır – Ekspert

Hazırda ölkəmizdəki böyük şəhərlərdə ən çox problem yaradan məsələlərdən biri binaların əksəriyyətinin yeraltı qarajının olmaması və ya qarajın binadakı mənzillərin sayı ilə uyğunlaşmamasıdır. Bununla yanaşı, tikinti zamanı binaların əksəriyyətinin həyətyanı sahəsinin olmaması, binalararası məsafənin qorunmaması və hündürlük məsafəsinə əməl edilməməsi də əlavə problemlər yaradır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında tikinti sahəsi üzrə ekspert Elnur Fərzəliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda şəhərsalma ilə bağlı çıxışını şərh edərkən deyib. O bildirib ki, indiyə qədər əksər tikinti şirkətləri harda gəldi bina tikdikləri üçün ümumi tikinti qaydaları pozulub:

”Normativlərə görə, torpaq sahəsinin 40 faizi tikinti üçün ayrılırsa, 60 faizi həyətyanı sahə olmalıdır. Bina tikən bir çox şirkət isə təəssüf ki, bu normaya əməl etmir.

Məsələn, kvadratşəkilli böyük binaların tikilməsi zamanı hava axını qaydaları pozulur. Belə binalarda bir, yaxud iki giriş yeri qoyulur. Bundan başqa, tikinti şirkətlərinin bir çoxu ya həyətyanı sahə ayırmır, ya da həyət hissəsi bina sakinlərinin sayına uyğun olmur”.

Ekspertin sözlərinə görə, bina tikintisi zamanı müəyyənləşdirilmiş ərazinin relyef quruluşu da nəzərə alınmalıdır:

“Məsələn, şəhərdə elə ərazilər var ki, sürüşməyə meyilli zonalar hesab olunur. Belə yerlərdə tikinti aparmamışdan əvvəl torpağın bərkliyi, yumşaqlığı yoxlanmalı və müvafiq qurumdan icazə alınmalıdır. Bir məsələ də var ki, bina tikməmişdən əvvəl ərazidə yerləşən yeraltı tikililər də mütləq nəzərə alınmalıdır.

Şəhərin qayalıqlardan ibarət ərazilərində hündürmərtəbəli binaların tikintisinə icazə verilir. Sıxlığın çox olduğu yerlərdə isə havalanmanı qorumaq baxımından üçün hündürmərtəbəli binalar tikmək olmaz.

Son iki ildə icra hakimiyyətləri tərəfindən pilot layihələr həyata keçirilir. Bu layihəyə əsasən, şəhərin müxtəlif ərazilərindəki 3-5 mərtəbəli yararsız binalar sökülərək yeniləri inşa olunur. Pilot layihələr əsasında tikilən binalarda tikinti normaları müəyyən qədər qorunur”.

E.Fərzəliyev onu da qeyd edib ki, tikinti normalarının pozulması ilə bağlı problemlər daha çox iri şəhərlərdə müşahidə olunur:

“Tikinti işlərinin 95 faizini özəl şirkətlər həyata keçirir. Buna görə də şəhər arxitekturası 60 faiz pozulub. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə tikinti sahəsində problemlər olsa da, digər rayonlarda binalar daha çox dövlət xətti ilə tikildiyi üçün normalara əməl olunur. Hərbçilər, qaçqınlar və s. şəxslər üçün binalar dövlətin ayırdığı ərazilərdə qaydalara uyğun şəkildə tikilir.

Hazırda tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə oldunduğu üçün belə problemlər aradan qaldırılmaqdadır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda şəhərsalma qaydalarının pozulmasına diqqət çəkib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin