Azay Quliyev Almaniyaya səfər edəcək
ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyabr 2018-ci ildə Berlində Aşağı Saksoniya əyalətinin Federal Hökumət nümayəndəliyinin təşkilatçılığı ilə “Almanya-Azərbaycan münasibətləri: ümumi tarix və gələcək prespektivlər” adlı konfransda iştirak edəcək.
Turkustan.info xəbər verir ki, Azay Quliyev konfransın “Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik kontekstində Almanya-Azərbaycan münasibətləri” adlı panelində məruzəylə çıxış edəcək.
Məlumat üçün bildiririk ki, konfransda Almanya Bundestaqının yüksək vəzifəli şəxsləri və üzvləri, Cənubi Qafqaz üzrə ekspertlər və digər rəsmi şəxslər iştirak edəcək.