28 Yanvar 2021 03:43

“Cənab Prezident, Sizə bir can borcum var!” – Səbuhi Məmmədli

“Dünən mənim doğum günüm idi, bu gün verdiyiniz göstərişlə siz məni yenidən həyata qaytardınız”. 
Turkustan.info xəbər verir ki, bunu tanınmış jurnalist Səbuhi Məmmədli Prezident İlham Əliyevin onunla bağlı göstərişindən danışarkən deyib. O, ölkə başçısına onun probleminə həssaslıqla yanaşdığına görə minnətdarlıq edib: “Bir daha əmin oldum ki, dövlətinə arxalanan heç vaxt yıxılmaz!!! Sizə can sağlığı arzulayıram Cənab Prezident! Sizə bir can borcum var! Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirirəm!” – deyə o bildirib.
Qeyd edək ki, Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının məktubuna cavab olaraq, jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıq verib.  /BakuPost/

Paylaş: