Bz. Yan 19th, 2020

Eynulla Fətullayev millət vəkilini “topa tutdu” – Nə deyəsən bu vicdanını itirmiş deputata? – FOTO

Tanınmış jurnalist Eynulla Fətullayev özünün “facebook” hesabında deputat Gövhər Baxşəliyevanı sərt şəkildə tənqid atəşinə tutub. G.Baxşəliyevanın “Azərbaycanda son illər rus sektoruna qoyulan uşaqların artması narahatlıq doğurur” kimi fikirləri jurnalisti özündən çıxarıb. 

Turkustan.info Demokrat.Az-a istinadənxəbər verir ki, jurnalist hətta millət vəkilinə qarşı kəskin ittihamlar irəli sürüb. Onu plagiatlıqda, vicdanını itirməkdə təqsirləndirib, əslində təhsildə baş alıb gedən rüşvətlə aparılmalı olduğunu bildirib.

Eynulla Fətullyevin yazısını olduğu kimi təqdim edirik: 

“Deputat Gövher Bahşeliyeva bu gün Milli Meclisde rus diline qarşı çıxış edib. Gövher xanım SSRİ döneminde maliyye naziri, kommunist Baxşeli Baxşeliyevin qızıdır. Guya şerqşünas ve akademikdir, amma bütün elmi meqaleleri plagiatdır.

Bu “alim” tekid edir ki, rus dilinde tehsil mehdudlaşsın. Adama sual vererler – ay xanım, azerbaycan mekteblerinde tehsilin seviyyesinden xeberiniz var? Azerbaycan dilinde derslikler berbad günde, müellim yox – mektebe müellim yeri 8 min manatdır, elm, xüsusile tebii fenler çöküb… Sen neden danışırsın ay zalım? Yene rus dilinde kitab, derslik, müellim tapmaq olar, Azerbaycan bölmelerinde axiretdir!!! Bax, bu zalıma ne deyesen? Sen tehsilin probleminden danış, rüşvetden danış… Ne deyesen bu vicdanını itirmiş deputata?! Azerbaycan xalqına niye bu qeder nifret edirsen???” 

Paylaş: