17 Yanvar 2021 23:44

Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib? – RƏSMİ AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyir ki, şagirdlərin buraxılış imtahanın nəticələri ali məktəblərə qəbul zamanı nəzərə alınacaq.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a deyir ki, IX sinif üzrə buraxılış imtahaları əvvəlki qaydada olduğu kimi keçiriləcək, lakin gələn ildən şagirdlər iki deyil, 3 fəndən imtahan verəcəklər:

“XI siniflərin buraxılış imtahanları isə yenə də 3 fənn üzrə keçiriləcək. Burada əsas dəyişiklik ondan ibarətdir ki, buraxılış imtahanın nəticələri ali məktəblərə qəbul zamanı nəzərə alınacaq. Abituriyentlər ali məktəblərə qəbul imtahanında isə əvvəlki kimi 5 deyil, 3 fənn üzrə imtahan verəcəklər. Tədris dili fərqli olan məktəblərin şagirdləri mütləq azərbaycan dilindən imtahan verəcəklər”.   /a24.az/

Paylaş: