24 Yanvar 2021 19:46

​TƏCİLİ “Facebook” hesabınızdan ÇIXIN! – Çünki…

Xəbər verdiyimiz kimi, “Facebook” sentyabr ayında 50 milyona yaxın istifadəçisinin məlumatlarının oğurlanması ilə bağlı məlumat paylaşmışdı.

Turkustan info bildirir ki, hadisədən dərhal sonra sosial şəbəkə rəsmiləri daha 40 milyon istifadəçinin də hesabının risk altında olmasıyla bağlı məqalə dərc etdi. Təhlükəyə səbəb kimi isə qeydiyyat üçün birbaşa “Facebook” adresi istəyən saytlar göstərildi.

Çikaqo universitetlərindən birində aparılan araşdırmaya görə hazırda 42 mindən çox sayt “Facebook” qeydiyyatından istifadə edir. Bu da təhlükənin böyük həddə olduğunu göstərir. Üstəlik, problem adi veb-saytları deyil, “Spotify”, “Tinder”, “AirBnb” və “Facebook” un sahib olduğu “İnstagram” kimi böyük şirkətləri də əhatə edir. Problemlə bağlı açıqlama verən İKT mütəxəssisi Tomas Foltyn istifadəçilərə “Facebook” hesablarından dərhal çıxmağı, hesaba daxil olarkən isə parolu mütləq dəyişdirməyi məsləhət görür.   /Metbuat.az/

Paylaş: