24 Yanvar 2021 18:55

200 manatlıqlar kimin cibindədir? – Mərkəzi Bankdan AÇIQLAMA

2018-ci il mayın 24-dən etibarən nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə tədavülə yeni 200 manatlıq pul nişanları buraxılsa da, bu əskinaslara az rast gəlinir. 

Mövzu ilə bağlı Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bankomatlarda 200 manatlıq əskinaslar var: 

“Pensiya və maaşların verilməsində 200 manatlıq əskinaslardan istifadə edilir”. 

Xatırladaq ki, bu əskinaslar Mərkəzi Bank tərəfindən mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə dövriyyəyə buraxılmışdı. 

Paylaş: