Be. Dek 9th, 2019

Nazirlik də işə qarışdı: Bayılda tədqiqat başladı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunda, Badamdar- 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı ərazidə tədqiqatlara başlayıblar.

Turkustan.info bildirir ki, qurumdan Axar.az-a verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıbvə həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

 

Paylaş: