17 Yanvar 2021 10:31

Gəncədən Bakıya gələn avtobus 5 maşınla toqquşdu – Çox sayda yaralı var

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Turkustan.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.
Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç “Mercedes”, bir “Nissan” və “QAZ-53” markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb. 
Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.

Paylaş: