21 Yanvar 2021 03:01

Trampa qadın rəqib: Oval kabinetdə ilk qadın prezidenti ola bilər – TƏHLİL

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə ikinci prezidentlik müddəti üçün seçkilərə qatılmaq planlarını təsdiqləyib. Donald Tramp “Fox News” telekanalına müsahibəsində potensial rəqiblərindən də danışıb. Ağ Evin rəhbəri növbəti prezident seçkilərində Demokratlar Partiyasından olan mümkün rəqiblərinin – senatorlar Berni Sanders, Kori Buker, Kamala Harris, Elizabet Uorren, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin adlarını sadalayıb.

“İndi onları bəyənirəm. Ümid edirəm ki, onların hamısı sağlam olacaq və sona qədər gedib çatacaqlar. Sadəcə, ümid edirəm ki, hansısa ulduz və ya görkəmli mütəfəkkir ortaya çıxmayacaq”, – deyə D.Tramp potensial rəqiblərindən ən çox kimdən qorxması ilə bağlı suala cavabda bildirib. 

Lakin Donlad Trampın 2020-ci ildə namizədliyini irəli sürməsi ilk növbədə, onun namizədliyinin Respublikaçılar Partiyası tərəfindən dəstəklənməsindən asılıdır. Növbəti seçkilərdə Donald Trampın öz namizədliyini öz təşəbbüsü ilə, yoxsa Respublikaçılar Partiyasından irəli sürəcəyi hələ məlum deyil. Bundan başqa, D.Trampın prezidentliyə real namizəd olması partiyadaxili siyasi praymerizdə qalib gəlməsindən asılıdır. 

Respublikaçılar daxilindən prezidentliyə iddialı şəxslər hələlik tam müəyyənləşmədiyindən Trampın praymeriz yarışında daha nüfuzlu rəqiblərlə qarşılaşacağı istisna edilmir. Ümumiyyətlə, siyasi ekspertlər növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının D.Trampın namizədliyini dəstəkləyəcəyinə şübhə edir. Buna səbəb 45-ci prezidentin siyasi nüfuzunun aşağı olması ilə bağlıdır. Aparılan rəy sorğuları amerikalıların ən yaxşı halda 36 faizinin D.Trampın siyasətini bəyəndiyini göstərir. Üstəlik, xarici siyasətdə təcrübəsizlik səbəbindən tez-tez yol verilən nöqsanlar, 2016-cı ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin şübhə altına düşməsi, Ağ Ev Administrasiyasında və Dövlət Departamentində prezidentlə fikir ayrılığından doğan istefalar, Tramp ailəsinin daxilindəki narazılıq, prezidentin dövlət idarəçiliyində rasizm prinsiplərinə geniş yer ayırması (ən yüksək postlara yevangelist təriqətindən olan siyasətçilərin təyin edilməsi, miqrasiya siyasətindəki məhdudiyyətlər) onun reytinqinə ciddi zərbə vurur. 

Ona görə də 2020-ci ildə respublikaçıların hazırkı sərt kursu davam etdirəcək, ancaq Trampdan daha təcrübəli və onun səhvlərini təkrarlamayacaq bir siyasətçinin namizədliyini irəli sürəcəyini gözləmək olar. Bu, Tramp dönəmində ABŞ-ın müttəfiqləri ilə arasında yaranmış narazılığı aradan qaldıra bilən, eyni zamanda Amerikanın qlobal güc rolunu qoruyub saxlaya biləcək bir şəxs olmalıdır. 

Siyasi müşahidəçilərin qənaətinə görə, 2020-ci ildə keçiriləcək seçkilərdə Donald Tramp namizəd kimi iştirak edərsə, onun ən güclü rəqibi Demokratlar Partiyasından Elizabaet Uorren olacaq. Xanım Uorren seçkilərdə qalib gələrsə, ABŞ tarixində ilk qadın prezident ola bilər. Elizabet Uorren prezident seçiləcəyi təqdirdə, məşhur kino aktyoru Dueyn Skal Consonu vitse-prezident postuna namizəd kimi təklif edib. Qeyd edək ki, Dueyn Conson bu yaxınlarda özünü siyasi fəaliyyyətdə sınamaq istədiyini demişdi. Ona görə də 2020-ci ildə E.Uorren-D.Conson tandeminin Tramp-Pens birliyinə qarşı rəqabət aparacağı ehtimal edilir. Elizabet Uorren hazırda Demokratlar Partiyası daxilində və ABŞ-da Berni Sanderslə birlikdə ən populyar siyasətçi sayılır. Lakin 2016-cı ilin prezident seçkilərində Berni Sanders partiyadaxili praymerizdə Hillari Klintona məğlub olduğuna görə Elizabet Uorrenin uğur qazanmaq şansı daha yüksəkdir. Onun ən böyük dəstəyi isə gənclər arasında populyarlığı ilə bağlıdır. Trampın və komandasının ardıcıl bir rəqibi kimi tanınan xanım Uorren 2017-ci ildə baş prokuror Cef Şensin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşdüyünə görə istefasını tələb etmişdi. Hazırda Elizabet Uorren Demokratlar Partiyası sıralarında ən yüksək siyasi təcrübəyə malik qadın siyasətçi sayılır. Bu baxımdan, 2020-ci ildə Donald Trampın daha yüksək reytinqə malik siyasətçilərlə yarışacağı gözlənilir.  /Cebhe.info/

Paylaş: