17 Yanvar 2021 04:40

Dünyanın sonunu gətirəcək qorxu

Bu adamlar nodmal insanların məhv olmasına yol aça bilərlər.

Bəşəriyyətin sonuna geni dəyişdirilmiş insanlar səbəb ola bilər. İstiPress-in məlumatına görə, mart ayında vəfat edən dünya şöhrətli fizik Stiven Hokinqin yeni fərziyələri üzə çıxıb. Fizik ölümündən öncə “Ciddi suallara qısa cavablar” adlı iş üzərində çalışıb. Eyni adlı məlumat toplusunun sabah təqdim ediləcəyi gözlənilir.

Hokinq DNT-ləri dəyişdirilən “superinsanların” yaranacağından ehtiyat edib. O, düşünüb ki, gələcəkdə insanlar pul müqabilndə DNT-lərində müəyyən dəyişikliklər edə biləcəklər. Bu orqanizmin keyfiyyətini yüksəltmək üçün nəzərdə tutulub. 

“Ola bilsin ki, insanlar üzərində gen mühəndisliyinin tədbiqi ilə bağlı hər hansı qanun qəbul edilsin. Ancaq bəziləri ona riayət edə bilməyəcək. Xüsusi ilə insanın yaddaşı, xəstəliklərlə mübarizə qabiliyyəti, ömrün uzunluğu kimi sahələrdə”. 

Onun fikrincə “yaxşılaşdırılmış” insanların meydana çıxması adi adamların ya çox aşağı kastaya çevrilməsi, ya da tamamilə məhv olması ilə nəticələnə bilər.   /istipress.com/

Paylaş: