Şəhid ailələri üçün birdəfəlik ödəmə ilə bağlı siyahı hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə l oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb. Artıq vərəsələrin 85 faizi birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib.

Turkustan.info bildirir ki, bu barədə virtualaz.org-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, aidiyyəti qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.

Bugünədək şəhid hərbi qulluqçuların birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.

Hazırda saytda yerləşdirilmiş “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle