Badamdarda YENİ TƏHLÜKƏ: Sürüşmə evlərə tərəf “gedir” – VİDEO
Badamdarda sürüşmə ərazisindən yeni xəbər var.
Turkustan.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son məlumatı yayıb. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.
Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.
/Cebhe.info/