21 Yanvar 2021 18:34

Deputatdan Müdafiə Nazirliyinə sərt tənqid – “Məhkəmə qərarlarını tanımır”

Bu gün keçirilən Milli Məclisin plenar iclasında deputat Çingiz Qənizadə Müdafiə Nazirliyini sərt tənqid edib.

Turkustan.info-nun məlumatına görə, Çingiz Qənizadə bildirib ki, veteran statusunun alınması ilə bağlı məhkəmə qərarları Müdafiə Nazirliyi tərəfindən icra olunmur:

“Bir neçə gün öncə Xocavənd rayonunda 3 əsgər Qarabağ müharibəsində iştirak etdikləri ilə bağlı məhkəməyə müraciət edib. İcra başçısı Eyvaz Hüseynov da sənəd verərək təstiq edib ki, onlar onun əsgərləri olublar və döyüşüblər. Ancaq nazirlik fərqli düşünür. Müdafiə Nazirliyi məhkəmə qərarlarını belə tanımır”.

Millət vəkili qeyd edib ki, bu cür hallarla bağlı çoxlu sayda şikayətlər var.

www.yenicag.az

Paylaş: