Ça. Dek 10th, 2019

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

Milli Məclisin sədri Oqtay Əsədov 11 min manatlıq birdəfəlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib. 

Turkustan.info-nun məlumatına görə, O.Əsədov bu gün parlamenmtdə bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərində düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub. 

Spiker bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır: 

“Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.  /Modern.az/

Paylaş: