24 Yanvar 2021 22:11

Türkiyə – Ermənistan sərhədində daha bir insident baş verib

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib

 Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan daha bir şəxsi saxlayıb. Sputnik Ermənistan xəbər verir ki, hadisə oktyabrın 15-də baş verib. 

Fakt Gümrü rayonu ərazisində qeydə alınıb. Belə ki, sərhəd pozucusu ərazini müşahidə etdikdən sonra sərhədi keçməyə çalışıb. Lakin bu vaxt rus sərhədçilər onu mühasirəyə salaraq zərərsizləşdiriblər.

Saxlanılan şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub. Sərhəd pozucusu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə — Ermənistan sərhədini pozan İran vətəndaşını da saxlayıb.   /sputnik.az/

Paylaş: