Ç. Sen 18th, 2019

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib- FOTO

Azərbaycanda sınaq məqsədi ilə ilk dəfə əkilən rəngli pambıq məhsul verib.

Turkustan.info bildirir ki, bu barədə “Report”un Qarabağ bürosuna Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu yeniliyi Çindən olan mütəxəssislər tətbiq ediblər: “Tərtər rayonunda yerləşən elmi mərkəzdə, 600 kvadratmetr ərazidə sınaq məqsədi ilə rəngli pambıq əkilib. Hazırda sahədə 45-50 sentner məhsul var. Yaxın günlərdə məhsul yığımı həyata keçiriləcək. Rəngli pambıq növünün növbəti ildə daha çox əkilməsi nəzərdə tutulub”.

M.Əliyev əlavə edib ki, dünyada istehsal edilən pambığın 90% geni dəyişdirilmiş olsa da, Azərbaycanda təbii pambıq istehsal edilir.

Paylaş: