Ç. Sen 18th, 2019

Azərbaycanın dünya reytinqində yeri: Maaş vergisindən sağlam yaşamaya qədər…

Dünya İqtisadi Forumu 2018-ci il üçün yeni reytinqini açıqlayıb. Bu dəfə Azərbaycan ötən ilə nisbətən 4 pillə geriləyib və 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

Turkustan.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev  yeni hesabatda Azərbaycanın mövqeyindən danışıb:

“Dünya İqtisadi Forumunun “qlobal rəqabətqabiliyyətlilik” indeksi rəsmi təbliğatda geniş istifadə edilən beynəlxalq reytinqlərdən biridir. Səbəb odur ki, bu reytinq ölkədə iqtisadi inkişafı keyfiyyət yönündən daha çox kəmiyyətcə qiymətləndirmələnə əsaslanıb. Nəticədə isə, məsələn, nəhəng neft gəlirləri hesabına keyfiyyətcə inkişaf deyil, kəmiyyətcə böyümə Azərbaycanı reytinqdə cəlbedici yerlərə çıxarıb. Yaxud biznesin qediyyatı nə qədər qısalıbsa, reytinq o qədər yaxşılaşıb, amma cəmi bir neçə saata qeydiyyat səhadətnaməsi almış sahibkarın sonra hansı vergi-investisiya mühitində boğulacağını bu indeks görə bilməyib. Amma bir məsələni də ədalət naminə qeyd etmək lazımdır: indeks 12 bölmə və 93 göstərici üzrə qiymətləndirmə aparır. Həmin göstəricilərin heç də hamısında vəziyyətimiz “güllük-çiçəklik” olmur”. 

Ekspert əsas göstəriciləri təqdim edib:

İnflyasiya səviyyəsinə görə 128-ci yer Sosial kapitala görə

123-cü yer Fond bazarının kapitalizasiya səviyyəsinə görə

119-cu yer Qeyri-işlək kreditlərin səviyyəsinə görə

118-ci yer Büdcə şəffaflığına görə  

116-cı yer Borclanma dinamikasına görə

111-ci yer Elmi məqalələrə görə  108-ci yer Əmək haqqı vergisinə görə

106-cı yer Korrupsiyanın səviyyəsinə görə

102-ci yer Özəl sektorun kreditləşmə səviyyəsinə görə

99-cu yer Sağlam həyat yaşaya bilmə müddətinə görə

90-cı yer Elmi xərclərin səviyyəsinə görə  

90-cı yer Yollarla əhatə səviyyəsinə görə  

89-cu yer Audit və hesabatlılıq standartlarına görə

88-ci yer Məktəb həyatının gözlənilən davametmə müddətinə görə

88- ci yer Genişzolaqlı mobil əlaqə səviyyəsinə görə  

88-ci yer Patentlərə görə 87-ci yer

Araşdırma institutlarının keyfiyyətinə görə  86-cı yer

Hava limanlarının mövcudluğuna görə 79-cu yer.   /Cebhe.info/

Paylaş: