Ç. Sen 18th, 2019

Səyyar Klinikanın budəfəki dayanacağı ADA Universiteti olacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 18-19 oktyabr 2018-ci il tarixində ADA Universitetində tibbi aksiya keçirəcək.

 Turkustan.info xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası  ADA Universitetində 2 gün ərzində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstərəcək. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 

QEYD: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və  respublikanın müxtəlif regionlarında pasientlərə xidmət göstərir. 2012-ci ildən bu günə qədər Səyyar Klinika tərəfindən Azərbaycan Respublikasının bir çox ali təhsil müəssisələrində və bir sıra orta məktəblərdə oftalmoloji müayinələr aparılmışdır.  Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlamışdır.

Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması ADA-da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı dünya təcrübəsindən yararlanmaq imkanı yaradır.

18-19 oktyabr 2018-ci il, ADA Universiteti

saat: 09:00

Əlaqə: Mob: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsi.

email: oftalmoloqlarcemiyyeti@gmail.com

Paylaş: