Ç. Sen 18th, 2019

Türkiyə iqtisadiyyatında böhran – 500 milyardlıq borc

“Türkiyənin yaxın 1 ildə qaytarmağa məcbur olduğu borc miqdarı 175 milyard 200 milyon dollardır. Bu borcun 18,1 faizini dövlət qurumları, 0,9 faizini Türkiyə Mərkəzi Bankı, 81 faizini özəl sektor qaytarmalıdır. Türkiyənin toplam xarici borcu 500 milyard dollara yaxınlaşır”. 

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. N.Cəfərli qeyd edib ki, rahib Branson məsələsi Türkiyədə problemlərin görünən hissəsidir, qardaş ölkənin iqtisadiyyatında ciddi sistem və struktur problemi var: 

“Son illərdə borca söykənən böyümə modeli seçilmişdi, dövlət və özəl sektor xaricdən borclanırdı, daxildə isə istehlak kreditləri ilə xalq borc yükünün altına girirdi. Böyümənin belə qeyri-sağlam modeli bir gün çökməli, lirə dəyərdən düşməli idi. Türkiyədə bu gün baş verənlər “xarici qara qüvvələrin” işi deyil də, daxili idarəetmə problemlərinin üzə çıxmasıdır.  İdarəetmənin təkəlləşməsi, məhkəmə sisteminə olan qüvənsizlik, xarici borc, ticarət dövriyyəsində ciddi mənfi saldo Türkiyənin həll etməli olduğu sistemli problemlərdir. Bunlar həll olunmasa Türkiyə iqtisadiyyatı uzun zaman dalğalanacaq, AKP də bütün problemləri “xarici qara qüvvələrin” üzərinə atıb siyasi xal toplamaqda davam edəcək, xalq isə hələ uzun zaman bu “serialı” izləyəcək”.   /Cebhe.info/

Paylaş: