Be. Avq 19th, 2019

Əlimizdə faktlar var: ABŞ İŞİD-i bu ölkəyə yerləşdirir

Rusiya ABŞ-dan İŞİD döyüşçülərinin Suriyadan İraq və Əfqanıstana daşınması məsələsinə aydınlıq gətirilməsini tələb edib.

Turkustan.info xəbər verir ki, bunu “RT Frans”a müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz amerikalıların İŞİD-çiləri Suriyadan İraq və Əfqanıstana daşımasıyla bağlı faktlara sahibik. Bu, narahatverici faktlardır və buna görə də amerikalılardan bunlara aydınlıq gətirilməsini istəmişik. Bu bizi həm də bəzi analitiklərin İŞİD-in Əfqanıstanı yeni plasdarma çevirmək istəməsiylə bağlı iddialarına görə narahat edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, İŞİD daha çox Əfqanıstanın şimalında yerləşir:

“Onlar Mərkəzi Asiyaya, yəni bizim müttəfiqlərimizə və strateji tərəfdaşlarımıza yaxın ərazidə yerləşirlər. Bu, ciddi məsələdir və biz çalışacağıq ki, məsələyə tam aydınlıq gətirək”.  /Axar.az/

Paylaş: