08 İyul 2020 03:48

Bizim baş vermiş hadisələrdən dırs almamağa haqqımız yoxdur” (Müsahibə)

Mürsəl İrəvanlı

XLVI yazı

Müsahibə «Sovetskaya Rossiya» qəzetinin 13 iyul 1988-ci il tarixli nömrəsində dərc olunmuşdur. Bu müsahibə əsasən erməni-müsəlman münaqişəsinin baş vermə səbəblərinin üzə çıxması və Ermənistan ziyalılarının söylədikləri fikirlərin bir parçasıdır.

Ermənistan SSR Elmlər Akademiyasının akademiki Gevork Baqratoviç Qaribcanyanla bir neçə gün bundan əvvəlki söhbətimiz uzun çəkdi. Söhbət zəruri idi. Çünki yaxınlarda İrəvanda baş vermiş hadisələrin təmkinlə, ayıq və düzgün başa düşülməsi tələb olunur. Əlbəttə, nə qədər adam varsa, o qədər də fikir mövcuddur. Bununla belə, Baqramyan qəsəbəsindən olan kəndlilərin, İrəvan elektrik lampaları zavodu fəhlələrinin  və universitet tələbələrinin verdiyi sualları bir sualda cəmləşdirmək cəsarətini üzərimə götürürəm. İrəvan operasının qarşısında baş vermiş hadisələr yenidənqurma prosesləri çərçivəsinə nə dərəcədə daxil olur? Həm çoxadamlı mitinqlər, həm də mikrofon gücləndiriciləri vasitəsilə edilən ehtiraslı mübahisələr… Vərəqələr, müraciətlər, dövlət və partiya rəhbərliyinə açıq məktublar… Açıq etiraf etmək lazımdır: biz bu miqyasda belə halla ilk dəfə qarşılaşırdıq və buna görə də onu başa düşmək tələbi təbiidir.

– Kevork Baqratoviç, mənim üçün bəzilərinin səmimiliyi təkzibedilməz olduğu kimi, digərlərinin həyəcanlar dalğası üzərində kiçik kapital qazanmaq cəhdi də təkzibedilməz idi. Bəziləri isə sadəcə olaraq istiqamətlərini itirmişlər.

– Mən bəzilərinin səmimiliyi, digərlərinin isə çaşqınlığını və siyasi istiqaməti itirməsi fikrini müdafiə edirəm.

Belə bir elmi sahə var – sosial psixologiya. Bax, belə, İrəvanda baş verən hadisələr – müxtəlif niyyətləri sınayan adamların bir ümumi ideyada birləşməsi bunun klassik nümunəsidir. Göstərilən halda buna DQMV problemlərinin çətinliyi səbəb olmuşdur. Onda fərdi, şəxsi ilk səbəb arxa plana keçir və adamlar ümumi meyldə bərkiyirlər. Burada ən qiymətli şey vaxtında deyilən izahedici sözdür.

Həm mərkəzi, həm də yerli mətbuatda qəzetlərin bir sıra birtərəfli çıxışları isə ancaq əsəbilik yaratmış, həyəcanlara səbəb olmuşdur. Axı, baş verənləri ətraflı dərk etmək, sonra isə qiymət vermək lazım idi.

– Yoxsa, dərc olunan yazılar milli münasibətlər baxımından təhqiredici idi?

– Yox, söhbət başqa şeydən gedir. Adamların böyük əksəriyyəti belə hesab edirdi ki, onların etdiyi hər şey yenidənqurmanın ruhuna uyğundur. Qeyri-adi formada olsa da müzakirə gedir. Cavabında isə köhnə yarlıqlar…

– Sizinlə mübahisə etmək istəyirəm. Bunlar, sizin dediyiniz kimi, «köhnə yarlıqlar» yalnız adamların müəyyən hissəsinə aid idi. İcazənizlə biz onlara qayıdarıq. İndi isə mən bir məsələ barədə öz nöqteyi-nəzərimi bildirmək istəyirəm. Razıyam: yenidənqurma və aşkarlıq müzakirəsiz ağlasığmazdır. Bəs, öz dəzgahını, sexini, zavodunu atmaq nə deməkdir? Bu, müzakirələrin elementləridir, yoxsa mübahisələrin? Öz nöqteyi-nəzərini büruzə vermək başqa, plan və istehsal intizamını pozmaqla əlaqədar tədbirlər isə başqa şeydir. Açıq desək, mən yenidənqurma çərçivəsində belə «müzakirə forması» görmürəm.

– Aşkarlıq bizim ən böyük sərvətimizdir. Ancaq sizinlə razıyam: bu o demək deyildir ki, ağlına gələn hər şeyi hirslə qışqırasan, bu o deməkdir ki, öz nöqteyi-nəzərini və həqiqəti söyləyəsən, sübuta yetirəsən, müdafiə edəsən. Digər fikirlə də razılaşıram: dəzgahların, tələbə auditoriyalarının atılması, tarlaların tərk edilməsi – bu, yenidənqurma ruhunda mübahisədən çox uzaqdır. Ancaq biz tez-tez deyirik ki, hələ demokratiyaya öyrəşirik. Burada isə səhvlər labüddür.

– Bəs belə səhvlərin qiyməti neçə?

Onların qiyməti çox böyükdür. Çünki başlıcası meydanda baş verə biləcək hadisələr yenidənqurma və aşkarlıq, cəmiyyətimizin yeniləşməsi ideyalarını nüfuzdan sala bilərdi.

Sağlam sinfi instink işə düşdü. Bu zaman əməkçi insana, yaradıcı insana aydın oldu ki, dediyimiz kimi, qeyri-şüuru adamlar səmimi istəklər üzərində sakit, gizlin, lakin qətiyyətlə yüyən atırlar.

– Mən daha dəqiq izahını vermək istəyirəm: siyasi mənsəbpərəstlər və fırıldaqçılar. Ermənistanı «partiyasız respublika» və i. a. elan etmək istəyən adamlar.

– Doğrudan da, belədir. Ümumiyyətlə, mən inandım ki, aşkarlıq və demokratiya güclü silahdır, həm də onunla ehtiyatla davranmağı tələb edir. Bəzilərinin əlində bu, həqiqət uğrunda mübarizə silahı, digərlərinin əlində isə özlərinin təkəbbürlü məqsədlərinə çatmaq üçün vasitədir. Məsələ ondadır ki, kim daha yaxşı hazırlaşmışdır. Açıq demək lazımdır ki, səmimi, təmiz, aludə adamlar ondan ağıllı istifadə edə bilmirlər. Əldən düşmüş silahı isə hər cür müxtəlif zirək adamlar tezcə qapırlar. Operanın yanında qayda-qanunun təmin edilməsi məsələsini götürək. Bəziləri bunu bütünlüklə özlərinin xidməti hesab edirlər. Bəs adamların özünü dərk etməsi, deməli, bu hesaba alınmır? Axı, xəstəxanaların işləməsi, təyyarələrin qrafik üzrə uçuşu, benzindoldurma məntəqələrinin dəqiq işi, avtobusların marşrutlar üzrə hərəkəti ayrı-ayrı fərdlərin xidməti deyildi.

– Əgər biz qayda-qanuna riayət olunması haqqında məsələyə toxunuruqsa, mən bir sıra adamların ağlında hələ də qadağan kimi həkk olunan bir məsələdən də danışmaq istəyirəm. Söhbət qayda-qanunu təmin etmək üçün DİN bölmələrinin İrəvana gəlişi haqqındadır. Bu günlər milis öz qüvvələrini şəhərdə cəmləşdirmişdi. Bir neçə gecə İrəvanda hərbi gözətçilər gəzirdilər. Siz bu barədə nə deyə bilərsiniz?

– İlk növbədə xatırladıram ki, mən cəbhəçiyəm. Çox şey görmüş və çox şeylə qarşılaşmışam. Bilirəm ki, məhdud ərazidə belə çox adam toplanmasında yoldan çıxarılmış adamların ümidinin əksinə olaraq daha çox gözlənilməzlik vardı. Hər şeyi öz adı ilə adlandırmaq istəyirəm. Həmin günlər fitnəkarlıqlara yol verilə bilərdimi? Əlbəttə, mən fitnəkarların mövcudluğu barədə öz fikrimi gizlətmək istəmirəm. Mən açıq deyirəm, sakit yatırdım, bilirdim ki, şəhərdə bizim əsgərlərdir. Bir daha qeyd edirəm – bizim…

– Deməli, həmin günlərdə özümüzə çox şeyə icazə verəndən sonra biz dövlətin belə təminat vermək hüququnu qəbul etməməliyik?

– Gəlin, hətta bir-birimizə suallar verək. Necə – adamlardan kimi isə həbs etdilər? Və ya avtomatlardan atəş açdılar? Yaxud geniş axtarışlar aparıldı? Heç bir irəvanlı bir dənə olsun belə təhqiredici fakt barədə misal gətirə bilməz. Bundan əlavə paqonlu oğlanlara bizim qızlar  qərənfillər, oğlanlar isə siqaretlər verirdilər. İsti günlərdə limonad, bulkalar gətirirdilər – siz bunu özünüz görürdünüz. Axı, bu bizim doğma ordumuz, Sovet Ordusu idi. Kim bunu başa düşmək istəyirdisə başa düşdü. Sözgəlişi həmyerlim marşal Bağramyan mənə demişdir ki, məhz Sovet Ordusunda qulluq etdiyinə görə fəxr edir. Belə hesab edirəm ki, demokratikləşdirmə prosesi özünə qayda-qanunun təminatı elementlərini də daxil etməlidir.

– Doğrusu, bu sualı verəndə elə fikirləşirdim ki, siz cavabdan yayınacaqsınız.

– Axı niyə?

– Söhbət apardığımız erməni ziyalılarının bir çox nümayəndəsi bu tədbiri, onlardan birinin – adlı-sanlı yazıçının dediyinə görə «sillə» kimi qəbul etmişlər. Yeri gəlmişkən, sizi kiminsə məqama düzgün qiymət verməməkdə günahlandıracağından çəkinmirsiniz?

– Mən erməniyəm və Sumqayıt faciəsi üçün yenə də qəlbimin ağrılarla dolduğunu gizlətməyəcəyəm. Dağlıq Qarabağdan olan həmyerlilərim üçün də ürəyim ağrıyır. Qədim İrəvan torpağında Sovet hakimiyyəti uğrunda vəfat etmiş atamın cənazəsi uyuyur. Gözəl erməni kəndlərindən birinə onun adı verilmişdir. Cəbhə məşəqqətini görmək mənə də qismət olmuşdur. Məgər mən etimad hüququna, şəxsi səs hüququna malik deyiləm? Ümumiyyətlə, məncə erməni ziyalıları yenidənqurmada öz böyük mənəvi rolunu lazımınca qiymətləndirə bilmədilər. Gizlətmirəm, mən onların bir sıra vaxtı çatmış problemləri səmimi və açıq şəkildə qoymaları üçün  fəxr edirəm. Lakin məsələ qaldırmaq işin yarısıdır. Ayıq qiymət, onun həllinin əməli variantlarını, modellərin yaradılmasını bir dəfə, iki dəfə, beş dəfə yox, ən münasib variant müəyyən edilənədək davam etdirmək lazımdır. – bu, yenidənqurmanın əsasıdır. Amma belə olmadı. Bunu özümə də aid edirəm. Yenidənqurma prosesinin mürəkkəbliyi ondadır ki, geniş aşkarlıq dövründə o heç bir çaşdırıcı təkliflə bir araya sığmır…

– Gevork Baqratoviç, bu gün İrəvanda zahirən heç bir şey son vaxtlar baş verən hadisələri xatırlatmır. Müəssisələrin, təhsil ocaqlarının, sosial-mədəni xidmətlərin 100 faizi də işləyir, özü də yaxşı ahənglə. Kənd haqqında bir şey demirəm: orada işlər ümumiyyətlə, əvvəldən dayanmamışdır. Bu mənada qəti sual vermək istəyirəm. Özü də qəti, səmimi cavab almaq ümidindəyəm. Bu zahiri sakitlik, sizin fikrinizcə, adi irəvanlının mənəvi vəziyyəti ilə nə dərəcədə uyğundur? Nə «həyəcan prosesesi» onun üçün əsl məqsəd olan, nə də müəmmalı siyasi oyun aparmağa cəhd edən irəvanlıları nəzərdə tuturam. Onlar o qədər də çox deyillər, Ən çox onları nəzərdə tuturam ki, müəyyən vaxt yolunu azmış, özlərinin yenidənqurma ruhuna uyğun mühüm tədbirlərdə iştirak etmələrinə inanmışlar. O, yenidənqurmanın səmimiliyinə və həyati olmasına inamı itirməmişdir ki? Bu onun sosial fəallığına təsir göstərməyəcəkdir ki?

– Sual mürəkkəbdir. Yox, qəti şəkildə təsdiq edərək deyərəm, irəvanlı ona ilk dəfə açıq, çəkinmədən çıxış etmək imkanı verən yenidənqurmaya inamı itirməmişdir, əslində o qazanmışdır. Ancaq o fikrə getmişdir.

– Nə barədə?

– Çox şey barədə, – deyək ki, necə oldu ki, onun səmimiyyətindən və açıqlığından kimsə istifadə etmək istədi. Uşaqlıqdan Qriboyedovun adına ehtiram bəsləyən, ana südü ilə bərabər Rusiyaya müqəddəs məhəbbət qəbul edənlər başqalarının əlində oyuncağa çevrilirlər. O, eyni zamanda yeni sosial təfəkkürün nə demək olduğu barədə də düşünür.

– Və siz də o cümlədən?

– Şəksiz. Sona qədər səmimi olmaq istəyiriksə, deməliyəm ki, yenidənqurmanın təminatına arxalanan güclü həyəcanlı çıxışların yenidənqurma üçün faydasız olduğu məni məyus etdi. Bax, belə, baş-başa verərək, birnəfəsə şəhərin və respublikanın nə qədər ciddi problemini həll etmək olardı! Belə ki, bizim baş vermiş hadisələrdən dərs almamağa, haqqımız yoxdur. Ən əvvəl partiya, ideoloji işin yenidən qurulması üçün. Axı, sirr deyildir ki, operanın yanına toplaşanlar arasında xeyli partiya üzvü var idi. Nə etmək olar, yeni şəraitdə yaşamağı öyrənmək, lazımdır. Yenidənqurma siyasi diletantlıqla bir araya sığmır.

– Ancaq haqqında danışdığımız ziyalıların arasında diletantlar o qədər də çox deyil. Adlı-sanlı, sanballı ədəbi və elmi əməkləri olan adamlar…

– Bütün məsələ cəmdədir… Yeri gəlmişkən, bu haqda fikirləşəndə mən beynəlmiləlçilik haqqında yazdığım məqalələrdən birini kənara qoydum. Axı, 60 kitab, o cümlədən beynəlmiləl tərbiyədə ziyalıların rolu haqqında kitab nəşr etdirmişəm. İndi isə əvvəlkindən daha aydın başa düşdüm ki, dostluq haqqında hər bir şit söz susmaqdan daha təhlükəlidir.

– Şayiələr belə qeyri-adi hadisələr üçün labüd peykdir. Qərbin «səslərinə» və mətbəx dedi-qodularına görə onlar son dərəcə geniş yayılırlar. Belə şayiələr üstünlük təşkil edir ki, guya İrəvanın əsl vəziyyəti haqqında danışılmır, adamlar «mütəşəkkilliyə görə vahimə içərisindədirlər» və guya cəza tədbirlərinə bir addım qalır.

– Bütün bunlar cəfəngiyyat və ağ yalandır. Şahidlik edirəm: İrəvan adi günlərdə olduğu kimi yaşayır. Cəza tədbirlərinə gəldikdə isə… Mənim ailəm də 37-ci ilin faciəsi ilə möhürlənmişdir. Mənim doğma dayım, mətin bolşevik həmin illərdə mühakimə edilmişdir… 50-ci illərin əvvəlləri də ailəmizin üzvləri üçün ağır olmuşdur. Ona görə də bizim ailənin fikir və söhbətlərində bu tərcümeyi-halın kədərli səhifələrinə tez-tez qayıdılması təbiidir. Lakin mən bir tarixçi-alim kimi belə düşünməyin heç bir siyasi, iqtisadi və sosial əsası olmadığını təsdiq edirəm. Kim başqa cür düşünürsə o, yenidənqurmanın əsl mahiyyətini başa düşmür. Milli münaqişəni qızışdırmaqla məşğuldur…

Mən tamamilə əminəm ki, respublikanın kommunistləri opera teatrının qarşısındakı meydanda baş verənləri lenincəsinə müzakirə edəcəklər. Mən əsaslı sosial problemləri nəzərdə tuturam. Demokratik, ekoloji, ədalətli sosial problemləri. Meydana sadəcə olaraq adamlar yox, yüzlərlə sual çıxmışdı. O suallar ki, məsələn, hansısa raykomun katibi və ya zavod direktoru, sex rəisi və ya rayon sosial təminat xidməti rəhbəri vaxtında cavab verə bilməmişdir… Bir sözlə, adamların ehtiyaclarını ödəyə bilməyənlər, kiminsə dərdinə şərik olanlar. O, kəslər, ki, bunu yerinə yetirməli idilər…  Mən xalqlar dostluğunun tərəfdarıyam, erməni-azərbaycanlı qarşıdurmasını qətiyyətlə pisləyirəm, bunu ortaya atanları lənətləyirəm.

Yazı ”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması” layihəsi əsasında dərc olunur

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin