Ç. Sen 18th, 2019

Azərbaycanda insanları ölüm qorxusunda saxlayan manyakla bağlı YENİ XƏBƏR – 20 GÜNDÜR Kİ…

Daşkəsəndə ailə üzvlərinə qarşı inanılmaz işgəncə əməlləri törətmiş şəxsin axtarışları davam etdirilir.

Turkustan.info xəbər verir ki, “Xəzər” telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Sən axıtarıram” verilişindən rayonun Tapan kəndinin 15 yaşlı sakini Aytac Bağırovanın atası Firdovsi Bağırovun əməlləri barəsində çıxış etməsindən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

Tapan kəndinin daxil olduğu Qabaqtəpə kənd ərazi nümayəndəliyinin sədri Qabil Əlişov Publika.az-a bildirib ki, kəndə bu gün 30 nəfərdən çox polis əməkdaşı gələrək F.Bağırovun evində və ətraf ərazilərdə axtarış aparıb: “Həmin şəxs təxminən 15-20 gün olar ki, qaçıb və ondan heç bir xəbər yoxdur. Bütün kənd camaatı onu tanıyırdı, fərdi əməklə məşğul olan şəxsdir. Hansısa səbəbdən ailədə dava-dalaş olub. Valideynləri də Firdovsidən şikayət edib. Tutulacağını görəndən sonra o da qaçıb gizlənib”.

Kənd icra namayəndəliyinin rəhbəri Firdovsi Bağırovun meşə sahəsində gizlənə biləcəyini deyib.

Qeyd edək ki, hazırda axtarışda olan manyak əvvəllər dəfələrlə həbsxanaya düşüb. O, ata, anasına, həyat yoldaşına və övladına dəhşətli işgəncələr verib. F.Bağırov qohumlarının evinə sığınan qızına və həyat yoldaşına xəbər göndərərək, onları öldürməyənə qədər sakitləşməyəcəyini söyləyib.

Paylaş: