Ça. Okt 22nd, 2019

İstanbulda möhtəşəm Türkiyə-Azərbaycan gecəsi keçiriləcək – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100, Türkiyə Cümhuriyyətinin isə 95-ci ildönümü İstanbulda təntənə ilə qeyd olunacaq.

Turkustan.info xəbər verir ki, oktyabrın 26-sı yerli vaxtla saat 19:00-da İstanbul “Gonen” otelində baş tutacaq təntənəli gecənin təşkilatçısı Türk xalqlarının birliyi yönündə fədakar fəaliyyəti ilə tanınan Seyfullah Türksoyun başqanı olduğu “İpekyolu” Strateji Araşdırmalar Mərkəzidir.

Tədbirdə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimləri, incəsənət ustaları və media təmsilçilərinin iştirakı nəzərdə tutulub.

/yenicag.az/

Paylaş: