17 Yanvar 2021 07:36

Köçəryanın revanşı: Ümid generallaradır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan partiya yaratmaq və müxalifətə keçmək fikrində olduğunu deyib.Robert Köçəryan bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb. Eyni zamanda,R. Köçəryan qarşıdan gələn parlament seçkilərində iştirak edə bilməyəcəyini də deyib.

10 ildir siyasi səhnədən çəkilən Robert Köçəryanın indi yenidən Ermənistanda hakimiyyət uğrunda mübarizəyə qoşulması onun bu fəaliyyətinin nə qədər effektiv ola biləcəyi ilə bağlı suallar doğurub. Təbii ki, onun hakimiyyətə qayıtması ilk növbədə, güclü reytinqə malik Nikol Paşinyana müxalifətdə yaranmış boşluğu nə qədər doldura biləcəyindən asılı olacaq.Daha dəqiq desək, R. Köçəryan ana müxalifət funksiyasını öz üzərinə götürmədən iddiasını həyata keçirməsi asan olmayacaq.Yaxın perspektivdə isə bu real görünmür.Çünki Ermənistan artıq parlamentli respublikadır.Robert Köçəryan isə dekabr ayında keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcəyini bəyan edib.Deməli, o yeni parlamentdə təmsil olunmadığına görə, hökumət başına gəlmək üçün siyasi resusrlara malik deyil.Hazırda Paşinyana qarşı mübarizədə R.Köçəryanın yalnız Rusiyanın dəstəyinə ümid bəsləyir.Rəsmi Moskva isə daha çox N.Paşinyanla müxalifət rolunda çıxış edən R.Köçəryan arasında siyasi manevr nümayiş etdirir.

Robert Köçəryanın yeni partiya yaratmaq niyyəti artıq onun Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasına güvənmədiyindən və yeni sosial baza axtarışına çıxmasından xəbər verir. Ancaq N.Paşinyanın Eçmiədzində seçkiqabağı mitinqdə dediyi “Ermənistanda klanların idarəetməsi dövrü bitib”-ifadəsi məhz Köçəryana ünvanlanmış mesaj kimi başa düşülə bilər. Nikol Paşinyan bununla Ermənistanda Qarabağ klanının bir daha hakimiyyətə qayıtmayacağına işarə edir. Üstəlik, Robert Köçəryana qarşı 2008-ci il 1 mart hadisələrinə görə qaldırılmış cinayət işi ilə bağlı Kassasiya Məhkəməsinin qərarı gözlənilir. Digər tərəfdən, ikinci prezidentin maliyyə qaynaqlarının sıradan çıxarılması və əlavə cinayət işinin açılması üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən əmlakının siyahıya alınması aparılır.Yəni Köçəryan yenidən həbs olunmaq təhlükəsindən sığortalanmayıb.Ona görə də eks-prezident başının üstündədki “qara buludlar” çəkilmədən, seçkilərə getməyin mənasız olduğunu anlayır.

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda baş verən inqilabdan sonra bu ölkədə Qarabağ klanının hakimiyyətinə son verilməsi bütövlükdə Sarkisyan- Köçəryan siyasi tandeminin siyasi səhnədən silinməsinə aparır:

“Qeyd edim ki, inqilab lideri Nikol Paşinyan hakimiyyətinin ilk günlərindən başlayaraq, Robert Köçəryana və Serj Sarkisyana qarşı hücumlara start verdi. Köçəryan və Sarkisyanı hədəfə alması təbii ki, Qərbin verdiyi təlimatlara əsaslanırdı.Çünki bu iki şəxs birbaşa Moskvanın Ermənistanda siyasi maraqlarını həyata keçirməklə, Paşinyanın hakimiyyətinə qarşı toparlanıb, mübarizə aparmaq gücündədir.Ona görə də ilk gündən başlayaraq, Robert Köçəryana qarşı istintaq orqanlarının əli ilə təzyiqlər etməyə başladı. Onu həbsə atdırmaqla, 1 mart 2008-ci il hadisələrində onun günahkar olduğunu xalqa sübut etdirməklə, bir növ Köçəryanın siyasi imicinə zərbə vurmuş oldu. Hər kəs gördü ki, Köçəryan həqiqətən xalqın əleyhinə siyasət aparan şəxsdir.Hazırda Köçəryana dəstək verən Serj Sarkisyan və onun parlamentdəki “Respublika” fraksiyası artıq parlamentdə öz siyasi üstünlüyünün sonunu yaşayır.Növbədənkıənar parlament seçkilərində demək olar ki, Qarabaq klanının bütün siyasi isteblişmentində tutduğu mövqe sona çatacaq.Bundan sonra Ermənistan üçün yeni siyasi mərhələ başlayır.Bu mərhələdə Qarabağ klanı ilə müxalifət düşərgəsində mübarizə aparılacaq.Artıq bunun işartıları indidən görməkdədir.Robert Köçəryanın partiya yaradıb müxalifət cəbhəsində Paşinyana qarşı mübarizə aparacağı artıq məlumdur.Partiya yaratmaqda Köçəryana dəstək məqsədilə Rusiyadan deputat qrupu və dövlət rəsmilərinin Ermənistana gəlməsinin, eks-prezidentlə görüşlərinin də şahidi olacağıq.Hətta Putinin Köçəryanla da telefon danışıqları da müntəzəm olacaq.Paşinyanı devirə bilməsələr də ona qarşı təzyiq resurslarından maksimum istifadə ediləcək.Bunun mərkəzində Köçəryan duracaq.Ermənistan əhalisinin Köçəryana patoloji nifrəti var və onun toparlanıb hakimiyyətə gəlməsi qeyri-mümkündür.Bu o halda baş verə bilər ki, siilahlı çevriliş olsun.Ermənistan ordusunda Rusiyaya bağlı generalların olduğu məlumdur.Əgər fors-major bir atmosfer formalaşsa, Köçəryan generallarla Rusiya ilə əlaqələrini inkişaf etdirsə hərbi çevrilişə cəhd edə bilər.Bu hazırda mümkün görünməsə də, Köçəryan hazırlıqlara başlayır.Köçəryanın əsas planı Paşinyanın hakimiyyətinə son verib, Rusiyaya bağlı hakimiyyət formalaşdırmaqdır. Buna seçki və digər sivil yollarla nail olmaq mümkün görünmür”.  /Cebhe.info/

Paylaş: