Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi – FOTO
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu qarşısında şübhəli anlar yaşanıb. Turkustan.info CNN-ə istinadən xəbər verir ki, itkin düşmüş jurnalist Camal Kaşıkçı hadisəsindən sonra Səudiyyə Ərəbistanı Baş konsulluğunda hərəkətli dəqiqələr yaşanıb. Axşam saatlarında binanın qarşısında konsulluğa aid bir avtomobil gəlib və 3 qara çamadan avtomobildən konsulluq binasına aparılıb.
/Modern.az/