26 Fevral 2021 23:30

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Qara Qarayevin ev-muzeyində olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyində olub.

Məktəb kollektivi əvvəlcə muzeylə yaxından tanış olmuş, bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə etmişlər. Tanışlıq zamanı məktəb tərəfindən muzeyə xatirə hədiyyələri təqdim edilib.

Daha sonra məktəb şagirdlərinin ifasında konsert proqramı təqdim olunub. Konsertdə klassik musiqi əsərləri ilə yanaşı, muğam və xalq mahnıları respublika və beynəlxalq müsabiqələr laureatları Nuray Mehdiyeva (fortepiano), Atlas Mehdiyeva (xanəndə), Bagir Babayev (tar), habelə Aysu Yəhyayeva (skripka), Rəvanə Baxışova (kamança), Fidan Mehralıyeva (fortepiano), Vüqar Məmmədəliyev (klarnet), Səkinə Qasımova (xanəndə) və Aytən İsayeva (xanəndə) ifalarında səslənib.

Sonda çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbəri Alla Bayramova Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivinə uğurlar arzulayıb, onları digər musiqiçilərin ev-muzeylərində konsert proqramları ilə çıxış etməyə dəvət edib.

 

Paylaş: