26 Yanvar 2021 11:49

Ermənistanda seçki gərginliyi: Nazir deputatlara 24 saat möhlət verdi, amma…

Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentə layihə təqdim edilib. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, layihəni ədliyyə naziri Artak Zeynalyan göndərib.

Nazir qeyd edib ki, yaranmış vəziyyət nəzərə alınaraq, 24 saat ərzində layihə qəbul edilməlidir: “Ölkədəki fors-major hal nəzərə alaraq layihə qısa müddətə qəbul olunmalıdır”.

Respublika fraksiyasından olan Ayk Babuxanyan layihəyə ilk qarşı çıxanlardan olub. O, müzakirə zamanı qısa müddətdə qəbul ediləcək layihəni “demokratiyaya zidd” adlandırıb.

Ardınca digər deputatların da narazılığı qarşısında nazir sənədə baxılma müddətini 24 saatdan 72 saata yüksəkdib.    /Cebhe.info/

Paylaş: