Şb. Sen 21st, 2019

MÜHARİBƏNİ HƏM DƏ PUL UDUB: Stalinin oğlunun maaşı, hərbçilərin mükafatı – MƏXFİ SƏNƏDLƏR

İkinci Dünya Müharibəsinin sirlərinə dair sənədlər üzə çıxmaqda davam edir. Cebhe.info xəbər verir ki, bu dəfə Berlini bombalanması, hərbi büdcə və s. indiyə qədər məxfi saxlanılan sənədlər yayımlanıb. Bu sənədə əsasən Berlinin bombalanmasında iştirak edən ekipaj üzvləri 2 min rubl mükafat alıb. Əmr isə SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il tarixli sərəncamı ilə verilib.

Rusiya Müdafiə Nazirliyi buna dair sənədləri öz saytında yerləşdirib.

Bundan başqa digər sahə hərbçilərinə də verilən mükafatların həcmi açıqlanıb. Beləliklə, vurulan hər tanka görə komandirə 500, digər hərbçilərə isə 200 manat mükafat verilib. Tankı təkbaşına məhv edən döyüşçüyə 1000 manat mükafat verilib.

Hərbi texnikanın təmirinə görə də mükafat nəzərdə tutulub. Xüsusilə ağır tankların təmiri yüksək gəlirli sahə olub. Buna görə 350-800 manat mükafat nəzərdə tutulub. Çünki 1941-ci ildə hər yeni T-34 tankı dövlətə 269 500 rubla başa gəlirdi. Müharibənin sonuna yaxın qiymətlər müəyyən qədər azalmağa doğru gedib.

1943-cü ildə bir tankın qiyməti artıq 135 min rubl idi. Bu siyasət dövlətə müharibə illərində 50 milyard rubla qənaət etməyə imkan yaratdı.

Müdafiə Nazirliyi həmçinin Stalinin kiçik oğluna dair sənədi də ictimailəşdirib. Təyyarçi Vasili Stalin 1943-cü ildə 5095 manat 84 qəpik əməkhaqqı alıb. Müharibə illərində o, ümumilikdə 26 döyüş uçuşu edib, özü şəxsən düşmənin 3 və ya 5 təyyarəsini məhv edib, Berlinin alınması zamanı yay diviziyasının rəhbəri olub. Oğul Stalin dəfələrlə xidmətinə görə atasından tənqidlər eşidib, rütbəsi endirilib və yenidən artırılıb.

Nazirlik həmçinin müharibə illərində SSRİ-nin hərbi büdcəsi ilə bağlı da rəqəmləri açıqlayıb.

1941-ci ildə müdafiəyə 83 milyard rubı xərclənib. Həmin il büdcə 191 milyard rubl olub. 1945-ci ildə isə bu sahə üzrə xərclər daha da artaraq 128 milyard rubla çatıb.  /Cebhe.info/

Paylaş: