24 Yanvar 2021 22:03

O gün Tbilisinin dükanlarındakı bütün güllər bu qadına alınmışdı – “Milyon qızılgül”

Bu mahnı Tbilisinin bütün güllərinin bir qadın üçün açdığı günün yadigarıdır.

Turkustan.info A24.Az-a istinadən Alla Puqaçovavının “Milyon alıx roz” mahnısının maraqlı tarixcəsini təqdim edir:

Tbilisi. 1905-ci il. Qəzetlər Paris miniatür teatrı “Bel Vyu”nun müğənni, rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında konsert verəcəyi haqda anonslar dərc edir…
Qadının fotosunu ilk dəfə afişada görən rəssam Niko Pirosmani ona ilk baxışdan aşiq olur. (Onun məşhur “Aktrisa Marqarita” portreti də elə həmin günlərə təsadüf edir).
Niko kasıb idi. O, evini sataraq əldə etdiyi pulun hamısını qızılgül alır. O gün Tbilsinin bütün dükanlarının gülləri bir qadın üçün açmışdı; Marqarita de Sevr üçün…
Nikonun bu jesti o qədər böyük olur ki, rəssam bu böyüklüyün arxasında dura bilmir. Gülləri 9 arabaya yüklədib Marqaritaya yolladıqdan sonra dostları ilə əylənməyə gedir.
Marqarita bu güllərdən o qədər təsirlənir ki, rəssama görüş təklif edir. Lakin yaradıcı insan olduğundan və ilk addımın çox səs-küy yaratdığından Niko görüşü dəyərləndirə bilmir. Bəzi yazarların fikrincə isə rəssam görüşü dəyərləndirməyə cəsarət tapanda artıq Marqarita Tbilisidən uzaqlaşmışdı…
Bu sevginin təmənnasızlığı illər sonra SSRİ xalq artisti Alla Puqaçovavının ifasında eşidilən “Milyon alıx roz” mahnısında canlanır…

Paylaş: