22 Yanvar 2021 06:41

Qaşıqçını ölümə götürən son sözləri – VİDEO

Şübhəsiz, yox olana qədər Camal Qaşıqçı ismini çox az insan bilirdi. Ancaq bu gün internetdə ən çox axtarılan ilk on sözdən biri onun adıdır. Bəs Səudiyyə Ərəbistanı rəhbərliyini onu konsulluqda öldürəcək qədər dəliyə çevirəcək hansı sözlərin, yazıların sahibidir?

Turkustan.info xəbər verir ki, son illərə qədər Səudiyyə Ərəbistanı ilə ciddi problem yaşamayan Qaşıqçı bir neçə müddətdən bəri bu rejimin müxalifinə çevrilmişdi. Xüsusilə, “Vaşinqton post” yazarının vəliəhd şahzadə Məhəmməd ibn Salmanı sərt tənqid etməsi diqqət çəkirdi. Trampa müxalifliyi ilə bilinən qəzetin yazarı ABŞ prezidentinin dostunu davamlı “vururdu”.

Elə ölümündən qısa müddət öncə çəkilən bu reportaj da Qaşıqçının öz rejimi haqqında hansı fikirdə olmasını göstərir. Təbii ki, bütün bunlar onun öldürülməsini təmizə çıxarmır. Qatillər ən ağır şəkildə cəzalandırılmalıdır. Ancaq sifarişçiyə toxunan olacaqmı? Hələki o, efirdə görünmür.

Biz isə Qaşıqçının son video reportajını sizə təqdim edirik:

/yenicag.az/

Paylaş: