20 Yanvar 2021 10:20

Xərçəngdən əziyyət çəkən “Toppuş bacı”nın ölüm xəbəri yayıldı

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri yayılıb.

Turkustan.info xəbər verir ki, xeberchi.az aktrisanın ailəsi ilə əlaqə saxlayıb. Özünü “Toppuş bacı”nın qardaşı qızı kimi təqdim edən xanım bu xəbəri təkzib edib:

“Tünzalə sağdır, yayılan xəbər yalandır. Amma indi Tünzalə danışacaq vəziyyətdə deyil”.

Qeyd edək ki, T.Əliyeva uşaqlıq boynu xərçəngindən əziyyət çəkir.

Paylaş: