20 Oktyabr 2020 19:22

Hüseyn Cavidin doğum günüdür – 136

Bu gün görkəmli şair, dramaturq Hüseyn Cavidin doğum günüdür.

Turkustan.info məlumat verir ki, Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavidin “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Amma Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun tarixi dramları olan “Peyğəmbər” və “Topal Teymur”dan sonra yazdığı “Səyavuş”, “Xəyyam” əsərləri müəllifin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş yaradıb.Sənətkar totalitarizmin dəhşətli dövründə sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyərək rəhbər şəxsləri mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 1941-ci il dekabrın 5-də də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.

Qeyd edək ki, Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində sənətkarın nəşi İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib, qəbri üstündə məqbərə ucaldılıb.  /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri