27 Oktyabr 2020 01:55

Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq edib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Turkustan.info xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

“Metak” MMC-nin “Emtv.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub. Materiallarda şirkət barədə ciddi ittihamlar yer tutsa da,  qarşı tərəfin rəyi öyrənilməyib, həmçinin, yanlış məlumatların düzəldilməsi üçün şirkət tərəfindən edilən müraciətlər nəzərə alınmayıb. İnformasiya resursunda yayımlanan materiallarda  kampaniyaçılığın üstünlük təşkil etdiyini nəzərə alaraq, daha geniş müstəvidə araşdırılma üçün məsələ MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilmişdir.

“Veysəloğlu” MMC-nin “Gündəm Xəbər” qəzetinə qarşı şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, şirkətin eyni motivli müraciəti əsasında məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet haqqında hökm çıxarılıb. Məhkəmə hökmü olduğu üçün  komissiya  məsələni baxılmamış saxlayıb.

Komissiya üzvləri Tərtər Rayon Polis Şöbəsinin sabiq rəisi Əflatun Məcidovun  “Reallıq.info” saytına qarşı müraciətini də baxılmamış saxlayıblar. Bildirilib ki, MŞ-nin bu informasiya resursu haqqında daha öncədən ciddi rəyi olub, onun adı MŞ tərəfindən hazırlanan “qara siyahı”ya daxil edilib. Adları “qara siyahı”da olan KİV-lər haqqında təkrar rəy verilmir.

Göygöl  Suvarma  Sistemləri  İdarəsinin  rəisi  İlqar  Məhərrəmovun   “Demokratik.az”  Xəbər  Portalına  qarşı müraciətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, portalda yayımlanan materiallarda AJPDQ-nın prinsipləri intensiv şəkildə pozulub, portalın baş redaktoru adından dərc edilmiş yazıda etik qaydalara sayqısızlıq nümayiş etdirilib.  “Demokratik.az”  Xəbər  Portalına və baş redaktor Osman Nərimanoğluna ciddi xəbərdarlıq edilib.  /Modern.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri