25 Yanvar 2021 21:02

“Amerika qırğısı” daha bir açıqlama ilə İrəvanı silkələdi

Ermənistan üçün fundamental məsələ xarici təsirlərdən suverenliyin və müstəqilliyin tam istifadə edilməsidir.

Turkustan.info xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “Azadlıq” radiosuna açıqlamasında deyib.

“Düşünürəm ki, xalq üçün dünya arenasında geniş imkanlar lazımdır, şablon tarixlə məhdudlaşmaq yox… ABŞ-ın nöqteyi-nəzərinə görə, nə qədər güclü demokratiya olarsa, o qədər də bizlə, o cümlədən digər ölkələrlə geniş əlaqələr yaratmaq olar”, – deyə Bolton bildirib.

Qeyd edək ki, “Amerika qırğısı” adlandırılan Con Bolton İrəvanda səfərdədir. Bundan öncə Bolton İrəvanda “Ermənistana xarici təzyiqin zəiflədilməsinin ən yaxşı vasitəsinin Dağlıq Qarabağ konfliktinin həlli olduğunu” bildirmişdi.  /Axar.az/

Paylaş: