17 Yanvar 2021 03:09

Bakıda müəllim küçənin ortasında şagirdi döydü – VİDEO

Bakının Dərnəgül qəsəbəsində məktəblilərin döyülməsi faktı qeydə alınıb. 

Turkustan.info BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxt sakini məktəbli uşağın müəllim tərəfindən döyüldüyünü iddia edir. 

Bildirilir ki, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan da göründüyü kimi, yaşlı kişi uşaqları vurur.

Həmin döyülmə anı ətrafdakı müşahidə kamerasına tuş gəlib. Redaksiyaya müraciət edən şəxs döyülən uşağın xəsarət aldığını bildirib. 

Hadisə yerindən görüntünü təqdim edirik:

 

Paylaş: