28 Yanvar 2021 05:34

Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində «Arşin mal alan» operettasının 105 illik yübileyi münasibəti ilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin «Arşin mal alan» operettasının 105 illik yübileyi münasibəti ilə tədbir keçirilib.
Tədbir nəzəriyyə və xalq çalğı alətləri şöbəsinin təşkilatçılığı ilə nümayiş etdirilib.
Tədbirdə «Arşin mal alan » operettasının ilk dəfə səhnəyə qoyulmasının tarixi haqqında geniş mühazirə oxunub.
Sonda tədbir müəllimlər ansamblının, tar sinfinin şagirdlərinin, xor kollektivi, vokal və rəqs qruplarının «Arşin mal alan» operettasının musiqi nümunələrinin ifası ilə yekunlaşıb.
Tədbirdə «Arşin mal alan » operettasını özündə əks etdirən kitablar, dövrü mətbuat nəşrləri və fotolardan ibarət sərgi nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti

Paylaş: