25 Yanvar 2021 22:07

Coşqun Rəhimov həkim nəzarətində: “Şiş bütün bədənimə yayılıb” – VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən, əməkdar artist Coşqun Rəhimov həkim nəzarəti altındadır.

Turkustan.info xəbər verir ki, bunu aktyorun özü məlumat verib. O, xəstəliyinin bədəninə yayıldığını deyib:

“Bədən dəmir deyil. Xəstəlik bütün bədənimə yayılmışdı. Bu üzdən həkimlər ürəyimi açmağa məcbur oldular. Hər şey bitdi. İndi nəzarət altındayam. Əməliyyatım Bakıda olub. Mən öz həkimlərimə inanıram”.   /AzNews.az/

Paylaş: