26 Yanvar 2021 03:54

Elmar Vəliyevin oğlunun adamları işdən çıxarılır – Direktor və rəis vəzifələrini itirdi

Xəbər verdiyimiz kimi, “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev vəzifəsindən istefa verib. 

Turkustan.info Mia.az-a istinadən xəbər verir ki, Elmir Vəliyevin istefasından sonra “Kəpəz”də “təmizlik” başlayıb.

 Belə ki, Gəncə stadionunun direktoru Namiq Abdullayev və klubun rəisi Ruslan Nağıyev vəzifələrini itiriblər. 

Saytın iddiasına görə, yaxınlarda daha bir nəfər – faktiki olaraq “Kəpəz”ə rəhbərlik edən icraçı direktor Elnur Camalxanov da işdən çıxırılacaq.

 

Paylaş: