16 Yanvar 2021 12:31

İran üçün SON GÜNLƏR: Belə dirəniş göstərir

İrana sanskiyalar tətbiq edilməsinə baxmayaraq, bu il neft gəlirləri 25 faiz artıq olub.

Turkustan.info xəbər verir ki, bunu ölkənin neft naziri Bijən Namdar Zəncani deyib. Onun sözlərinə görə, bu ilin ilk 6 ayında ölkədə neftdən əldə edilən gəlir büdcədə nəzərədə tutulandan və proqnozlardan yüksəkdir.

“Biz Amerikakın ağır sanksiyalarına qarşı müxtəlif vasitələrlə  dirəniş göstəriməyə çalışırıq, baxmayaraq ki, sanksiyalarla mübarizə metodu açıqlanmır”.

Xatırladaq ki, bu ilin noyabrından etibarən İrana qarşı yenidən sanksiyalar tətbiq ediləcək.  /Cebhe.info/

Paylaş: