21 Yanvar 2021 17:57

Lavrov: ABŞ bir ay sonra rəsmən elan edəcək

ABŞ çox yaxın zamanda, hətta bir ay sonra Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasından çıxmasını rəsmi şəkildə bəyan edəcək.

Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Moskvada aparılan danışıqlarda, o cümlədən Boltonun Putinlə görüşündə aydın oldu ki, bu yöndə qərar qəbul edilib. Sadəcə yaxın zamanda rəsmi şəkildə bəyan ediləcək”, – deyə XİN rəhbəri bildirib.  /Axar.az/  

Paylaş: